6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan əhalisi sentyabrda geyimə ₼936 milyon pul xərcləyib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 483.7 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5% artım deməkdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin təkcə sentyabr ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 936 milyon manat xərclənib.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 330.9 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə toxuculuq sənayesində 19.4 faiz artım, geyim istehsalında 16.6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6.6 faiz azalma müşahidə
olunub.

Son xəbərlər
Digər xəbərlər