Azərbaycan əhalisinin ən çox hansı bank xidmətlərindən istifadə etdiyi məlum olub.
Banker.az Business Insight şirkətinin araşdırmasına istinadən xəbər verir ki, son bir ildə banklara ən çox kredit xidmətləri üzrə müraciət ediblər (Nağd kredit və taksit kartı).
Sorğu nəticələri göstərir ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka nağd kredit borcu var. Bunun üzərinə taksit kartından olan borcları da nəzərə alsaq məbləğin bir az da böyüdüyünün şahidi oluruq.
Onu da qeyd edək ki, banklara əmanət yerləşdirənlər isə cəmi 3 faiz təşkil edir.