Araşdırma göstərdi ki, hər 10 nəfərdən 3-ünün kreditə və ya borc pula ehtiyacı var.
Banker.az bu barədə Business İnsight şirkətinin apardığı araşdırmaya istinadən xəbər verir.
Ümumilikdə istehlak kreditlərinə ehtiyac daha çox müşahidə olunsa da ayrılıqda götürdükdə biznes kreditlərinə ehtiyacın da kifayət qədər olduğu açıq-aşkar görünür. Az qala kreditə ehtiyacı olan hər 10 nəfərdən dördü biznes üçün borclanmaya getməyi daha məqbul hesab edir.
Borca ehtiyacın əsasən 1000 – 5000 Manat arasında olduğu müşahidə olunsa da, orta məbləğ 9000 manat təşkil edir.
Bəs kreditə, yəni borc pula əhalinin ehtiyacı varmı? Sorğuda 1242 respondent iştirak etmiş, onlardan 29%-nin kreditə ehtiyacı olduğu bilinmişdir.
Onu da qeyd edək ki, sorğuda iştirak edənlərin 36,8%- i krediti Şəxsi biznesimi qurmaq/Biznesimi genişləndirmək üçün/Şəxsi təsərrüfatla məşğul olmaq üçün, 36,2%-i Ev təmiri işləri/Ev almaq üçün, 9,7%-i isə Müalicə almaq/ Əməliyyat üçün kreditə ehtiyacı var.