Azərbaycan Respublikasının əhalisinin nominal gəlirlərinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ərzində 17 milyard 37.9 milyon manat olub.
Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin nominal gəlirlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1.1% azalma deməkdir.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi isə 1 702.7 manat təşkil edib, bu da öncəki illə müqayisədə 1.6% azalma deməkdir.