1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub

017-ci ilin yekunlarına görə, Azərbaycan Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub.

Banker.az AzərTac-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, Qırğızıstan, öz növbəsində, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 2 milyon dollara yaxın sərmayə qoyub. “Ölkələrimiz arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq yaxşı inkişaf edir”, -deyə S.Məmmədov vurğulayıb.

İqtisadiyyat nazirinin müavini əlavə edib ki, iki ölkə arasında turizm potensialını gücləndirmək məqsədilə birgə müəssisənin yaradılması zəruridir.

Son xəbərlər
Digər xəbərlər