2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 4 283,3 min ABŞ dolları dəyərində 25 827.2 ton sement və sement klinkerləri idxal edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, həcm baxımından 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22%, məbləğ baxımından isə 42% azdır.
Onu da qeyd edək ki, sementin istehsalı 7.5 faiz, tikinti əhənginin istehsalı 23.1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35.7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 38.7 faiz azalıb.