5 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir”

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30%-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.

Bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı hədəfləyib.

Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər