“Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”.
Bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, gələn ilin birinci yarısı üçün mənimsənilərək seriyalı istehsala başlanılması planlaşdırılır.