Azərbaycan 95 oktanlı beznin xaricdən idxalını kəskin artırıb

Azərbaycan 2026-cı ilin ilk iki ayında xaricdən 34.5 min ton 95 oktanlı benzin alıb. Banker.az xəbər verir ki, buna görə ölkədən 29.91 mln. dollar valyuta xaricə axıb.

Premium markalı benzinin həcmi 2025-ci ilin eyni dövründə 21 min ton və 17.93 mln. dollar olub.

Nəticədə idxalın həcmi illik müqayisədə 64.3%, dəyəri isə 66.8% artıb.

Orta idxal qiyməti də artım göstərib. 2026-cı ilin ilk iki ayında bir ton benzinin orta idxal qiyməti 867 dollar (təqribən 1474 manat)
olub. 2025-ci ilin eyni dövründə bu göstərici 855 dollar idi. Beləliklə, orta qiymət təxminən 1.4% yüksəlib.

2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərindən 9 min ton idxal olunub və bu ümumi həcmin təxminən 26.1%-ni təşkil edib.

Belarusdan 6.93 min ton (idxal payı: 20.1%), Rusiyadan 6.83 min ton (idxal payı:19.8%), Yunanıstandan 6 min ton (idxal payı:17.5%), Rumıniyadan 2.7 min ton (idxal payı:7.9%), Qazaxıstandan 3 min ton (idxal payı:8.7%)  idxal qeydə alınıb.

Keçən ilin son rübündə mediada yayılan məlumata görə, 2026-cı il üçün Azərbaycanda Aİ-95 markalı avtomobil benzini (Aİ-92) istehsalı planlaşdırılmır. Daxili bazarda istehlak Aİ-92 markalı benzində 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma ilə proqnozlaşdırılır.

Bildirilmişdi ki, bu il üçün Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinə məlumat yayıb ki, avtomobil benzininin istehsalı illik müqayisədə 7.3% artaraq 360.5 min ton, dizel yanacağının (qazoyl) istehsalı isə 6.2% artaraq 587.3 min ton olub.

Digər məlumata görə isə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 955.4 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 5.7% çoxdur Bununla belə, nəzərə alınmalıdır ki qiymət daxildə təkcə istehsal həcmi ilə əlaqəli deyil. Belə ki, ölkədə dövlət tərəfindən tənzimlənən pərakəndə benzin 4.5%, dizel isə 10% qaldırılaraq müvafiq olaraq 1.1 manat-litrdən 1.15 manat-litrə və 1 manat-litrdən 1.1 manat-litrə qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər