7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Adıyamanda 1000 konteynerlik şəhər quracaq

Kahramanmaraşda baş verən zəlzələlərdə Türkiyəyə ilk yardım əlini uzadan ölkələrdən biri olan Azərbaycan Adıyamanda 1000 konteynerlik şəhər quracaq.

Banker.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat açıqlama verib.

Konteyner şəhəri üçün işlərə başlanıldığını deyən Büyükfırat bildirib ki, ilk növbədə Adıyamanda 1000 konteynerlik şəhər tikiləcək.

Büyükfırat qeyd edib ki, “Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Kahramanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq”.

 

 

Son xəbərlər
Digər xəbərlər