16 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan Almaniya, Türkiyə və Fransaya xam neft ixracını artırıb

Azərbaycan Almaniya, Türkiyə, Fransa və Yunanıstana neft ixracını cari ilin ilk üç rübündə kəskin artırıb.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin ilk üç rübündə ölkədən Almaniyaya 843.14 min ton və ya $528.7 milyonluq neft ixrac edilib. İxracın miqdarı öncəki illə müqayisədə 140% yüksəlib.

Fransaya ixrac öncəki ilin ilk üç rübü ilə müqayisədə cari ildə 4.3 dəfə artaraq 199.01 min ton və ya $118.6 mln. həcmində xam neft ixrac edilib.

Türkiyəyə ixracın həcmi illik müqayisədə 3 dəfə artaraq 1 mln. 109.14 min ton və ya $627.02 mln. neft ixrac edilib.

Yunanıstana ixrac edilən neftin həcmi illik müqayisədə 656.52 min barel və ya $403.27 mln. neft ixrac edilib ki, 2022-ci ilin eyni dövründən 2.6 dəfə yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin ilk üç ayında Azərbaycan xaricə 19 milyon 876.25 min ton və ya $12.13 mlrd.-lıq xam  neft satıb.

  Miqdar, ton Dəyər, min $
Cəmi 19 876 255.40 12 128 399.72
İtaliya 7 985 493.80 4 986 285.69
İsrail 1 995 823.22 1 206 977.64
Hindistan 1 249 246.60 739 039.83
İspaniya 1 114 184.47 700 578.65
Türkiyə 1 109 141.17 627 024.00
Çexiya 916 806.74 530 181.20
Almaniya 843 138.09 528 741.45
Xorvatiya 711 887.77 415 611.87
Yunanıstan 656 521.80 403 274.26
Böyük Britaniya 612 324.12 372 871.35
İrlandiya 630 056.20 366 641.18
Rumıniya 442 186.97 266 907.94
Vyetnam 415 601.09 244 039.12
Avstriya 266 568.71 152 155.74
İndoneziya 221 084.92 150 210.69
Portuqaliya 230 528.23 147 734.57
Fransa 199 006.72 118 639.77
Sinqapur 138 338.45 87 786.40
Malayziya 48 042.55 34 012.69
Tailand 48 688.02 26 098.53
Tunis 41 585.75 23 587.13

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər