12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 14034 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Banker.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8372 ədəd və yaxud 2,5 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 100-ü ədədi və yaxud 0,7%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 12525 ədədi və yaxud 89,25%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1332 ədədi və yaxud 9,5%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi və yaxud 0,55%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 8 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 34 ədəd və yaxud 25,4%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 7 651 ədəd və yaxud 2,57 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 729 ədəd və yaxud 2,2 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 26 ədəd və yaxud 51% artıb.

Son xəbərlər
Digər xəbərlər