Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Elşən Cəfərov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Vüsal Kərimova həvalə olunub.
Bu təyinata kimi V.Kərimov Agentliyə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-yə rəhbərlik edib.
Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,5 milyon manatdır.