Azərbaycandakı 685 bələdiyyə büdcələrinin gəlirləri 2025-ci ildə 65 milyon 609 min manat təşkil edib. Gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.2% artım göstərib.
Banker.az xəbər verir ki, gəlirlərin əsas hissəsi vergi daxilolmalarının payına düşüb və bu istiqamətdə ümumi daxilolmalar 34 milyon 438.6 min manat olmaqla 26.5% artıb.
Vergi daxilolmaları üzrə fiziki şəxslərin torpaq vergisi 10 milyon 740.1 min manat (37.9% artım), fiziki şəxslərdən əmlak vergisi isə 23 milyon 692.4 min manat (22.0% artım) təşkil edib. Qeyri-vergi daxilolmaları isə 31 milyon 170.4 min manat olub və 21.7% azalma nümayiş etdirib. Bu azalmada əsas pay bələdiyyə əmlakının özgəninkiləşdirilməsi və icarəsindən gəlirlərdə müşahidə edilən 84.2% dinamika olub.
Bələdiyyə büdcələrinin xərcləri ilin əvvəlindən 61 milyon 841.5 min manat. Xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5% az olub. Xərclərin əsas hissəsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə yönəldilib və bu istiqamət üzrə 42 milyon 795.3 min manat xərclənib (8.2% artım).
Sosial müdafiə və sosial təminat xərcləri 3 milyon 561.5 min manat (20.2% artım), mənzil və kommunal təsərrüfatı xərcləri 5 milyon 473.8 min manat (2.2% azalma), iqtisadi fəaliyyət üzrə xərclər isə 4 milyon 517.1 min manat (31.1% azalma) təşkil edib.
Büdcə nəticələrinə görə yerli büdcə üzrə 3 milyon 767.4 min manat profisit qeydə alınıb.







