6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bahalaşan Rus buğdasının alışını 10.5% artırıb

Azərbaycanın 2021-də Rusiya Federasiyasından idxal etdiyi yumşaq buğdanın həcmi 10.5 faiz, yaxud 17.72 min ton artıb.

Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, RF-dən idxal edilən buğdanın 2021-ci ilin yanvar-mart rüblüyündəki həcmi 182.6 min ton təşkil edib. Bu buğdaya görə Azərbaycandan RF-yə 46.2 mln. dollar valyuta axıb.

Valyutanın RF-yə axının həcmi öncəki ilin eyni dövrü ilə müqayisədə 28 faiz çox olması deməkdir.

Bildirək ki, Azərbaycanın yumşaq buğdanın hər tonuna görə ortalama idxal dəyəri 2020-ci ildə 218 ABŞ dolları olduğu halda, 2021-ci ildə bu rəqəm 253 dollara yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər