Azərbaycanda fəaliyyət göstərən 31 bankın 1 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29 708,5 mln. manat təşkil edib.
Bu barədə Reporta Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Məlumatda deyilir ki, iyulun sonuna bankların cəmi öhdəlikləri 26,872 mlrd. manat, sektorun balans kapitalı isə 2 836,5 mln. manat olub. Əhalinin banklardakı əmanətləri 6 834,1 mln. manat təşkil edib.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatlarının sayı isə 2 505 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 123 nəfər təşkil edib.