9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bank sektorunun gəlirləri azaldı, zərəri bir qədər də artdı

Azəırbaycan bankları 2018-ci ilin yanvar-aprel ayları üzrə gəlirləri 561,2 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 may tarixinə olan icmal göstəricilərində deyilir.

Bu da ötən ilin analoji dövrü ilə müqayisdə 17% az faiz gəliri əldə etməsi deməkdir. Banklar ilin ilk 4 ayı ərzində 201.1 mln. manat faiz xərc edib.

Bank sektoru 242.5 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatın yaradılmasına ayırmalar edib ki, bu da bankların zərər etməsinə əsas səbəb olub.

Beləliklə, Azərbaycan bank sektoru 57.1 mln. manat zərər edib. Bu da bir ay ərzində 1,2 mln. manat zərər etməsi deməkdir.

Xatırladaq ki, ötən ilin analoji dövründə banklar 148.1 mln. manat xalis mənfəət əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər