8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan bank sektorunun müştəri bazası 10% artıb

Azərbaycan bank sektorunun müştəri bazası aylıq müqayisədə 57 466 nəfər və yaxud 0,99% artaraq 2017-ci il dekabrın 1-nə 5 874 843 nəfər təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Məlumata görə, müştərilərin 5 787 548 nəfəri və ya 98,5%-i fiziki, 87 295 nəfəri və ya 1,5%-i hüquqi şəxslərdir. Noyabrda fiziki şəxslərin sayında 55 387 nəfər və yaxud 0,97%, hüquqi şəxslərin sayında isə 2 079 nəfər və yaxud 2,44% artım qeydə alınıb. Ayrıca, bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 730 nəfər və yaxud 1,65% artaraq 229 992 nəfərə çatıb.

İllik müqayisədə isə bank müştərilərinin sayında 10,1%, o cümlədən fiziki şəxslərin sayında 9,9%, hüquqi şəxslərin sayında 25,4%, sahibkarların sayında 34,4% artım qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər