9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan bankları İranda fəaliyyətə başlaya bilər

“İran banklarının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, İranda da Azərbaycan bankları fəaliyyət göstərə bilər.

“İlkin razılaşma var ki, İran bankları Azərbaycanda fəaliyyətlərini genişləndirsin. Hazırda müzakirələr gedir və buna görə də detalları açıqlaya bilmərəm. Azərbaycan bankları İranda fəaliyyət göstərmək üçün investisiya mühiti ilə maraqlanır”, – deyə, nazir bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər