Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.
Bu barədə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.
31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəməlidir.
№ | Kommersiya bankları | Bank aktivlərinin həcmi, mln. manat (31.12.2016) |
MBNP-yə ödəniləcək illik haqq, min manat |
1 | Accessbank | 1 058,872 | 800 |
2 | AFB Bank | 300,446 | 300 |
3 | AGBank | 520,003 | 500 |
4 | Amrahbank | 256,224 | 300 |
5 | Atabank | 472,542 | 300 |
6 | International Bank of Azerbaijan | 12 223,723 | 800 |
7 | Azərbaycan Industry Bank | 787,179 | 500 |
8 | Azer-Turk Bank | 469,550 | 300 |
9 | Bank Eurasia | 143,417 | 300 |
10 | Bank of Baku | 549,609 | 500 |
11 | Bank BTB | 241,508 | 300 |
12 | Bank Respublika | 912,117 | 500 |
13 | Silkway Bank | 403,993 | 300 |
14 | Bank VTB (Azerbaijan) | 435,563 | 300 |
15 | Caspian Development Bank | 129,295 | 300 |
16 | Demirbank | 538,829 | 500 |
17 | Expressbank | 286,822 | 300 |
18 | Gunaybank | 118,810 | 300 |
19 | Xalg Bank | 1 668,621 | 800 |
20 | Kapital Bank | 3 096,691 | 800 |
21 | Bank Melli Iran-Baku | 80,468 | 300 |
22 | Muganbank | 470,824 | 300 |
23 | Naxchivanbank | 126,407 | 300 |
24 | NBC Bank | 158,970 | 300 |
25 | Nikoil Bank | 439,726 | 300 |
26 | National Bank of Pakistan-Baku | 11,263 | 300 |
27 | PASHA Bank | 3 149,516 | 800 |
28 | Rabitabank | 522,288 | 500 |
29 | Turanbank | 528,222 | 500 |
30 | Unibank | 716,522 | 500 |
31 | YapiKredi Bank Azerbaijan | 447,862 | 300 |
32 | Ziraat Bank Azerbaijan | 132,196 | 300 |
Cəmi | 31 398,080 | 13 700 |
Bununla belə, R.Abbasov Reporta bildirib ki, qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün banklar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 9,1 mln. manat təşkil edir.