5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan banklarına ən çox hansı rayonlar əmanət yerləşdirirlər? – SİYAHI

Azərbaycanda 2020-ci ilin fevral ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 589 milyon manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

2020-ci ilin fevral ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 260 milyon 256 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 179 milyon 797 min , Aran iqtisadi rayonunda yaşayan 158 milyon 583 min manat bank əmanətinə sahibdir.

Lənkəran əhalisi banklara 68 milyon 390 min manat pul qoyub. Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 65 milyon 926 min manat pulu var.

Şəki-Zaqatalada yaşayanlar 56 milyon 913 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 53 milyon 342 min manat  yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,3% təşkil edir. 4 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,7 faizdir.

regionlar uzre celb olunmus emanetler

Son xəbərlər
Digər xəbərlər