3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan banklarını nə gözləyir?

“Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarının bağlanmasına imkan verməyəcək, buna görə də hazırda onların bəzilərinin birləşməsini gözləmək olar”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə 45 bankdan 5-10-nun daha iri banklarla birləşməsini gözləmək mümkündür: “Bu, normal haldır, çünki bazar iqtisadiyyatı bank kapitalı və sənayenin birləşməsini və təmərküzləşməsini ehtiva edir. Bu halda vaxtı ötmüş kreditlərin qaytarılmasına görə çətinliklər yaşayan banklar daha davamlı banklarla konsolidasiya olmalıdır ki, bu da bank sektorunu möhkəmləndirməyə imkan verəcək”.

R.Quliyev qeyd edib ki, AMB-nin banklara dəstək və təzyiq imkanları var: “AMB-nin banklara təzyiqi onlara problemli vəziyyətdən çıxmağa kömək edəcək. Dolğun fəaliyyət göstərən banklara kömək göstərilməlidir və onların maliyyə vəziyyəti hətta cüzi yardım halında belə sabitləşə bilər”.

Deputat əlavə edib ki, inkişaf perspektivi olmayan banklara yardım göstərmək olmaz: “Bankın son bir neçə illik fəaliyyətinə baxmaq lazımdır – o bu müddət ərzində inkişaf edib, yaxud sadəcə pulları yeyib”.

Trend

Son xəbərlər
Digər xəbərlər