3 dekabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) ABA-nın nəzdində fəaliyyət göstərən “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüşü keçirilib. Bu barədə Banker.az-a Assosiasiyadan məlumat verilib.
Belə ki, görüşdə “Tədris strategiyaları və insan resursları üzrə” Ekspert Qrupunun sədri Aynur Süleymanova, Qrupa üzv olan digər bankların nümayəndələri və ƏƏSMN-nin səlahiyyətli nümayəndələri iştirak edib.
Görüş zamanı “Əmək Məcəlləsi”, “İşsizlikdən Sığorta haqqında” AR Qanunu, həmçinin digər əlaqədar qanunvericilik aktları və qanunvericilikdə edilən dəyişikliklər ətrafında müzakirə aparılıb.