-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan bazarına geyim əşyalarının idxalı artıb, yerli istehsal isə 19% artıb

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatlar idxalını 5 milyon 38 min ABŞ dolları (7.8%) artırıb.

Banker.az rəsmi statistik göstəricilərə stinadən xəbər verir ki, Azərbaycan xarici ölkələrdən bu ilin ilk dörd ayında 69 milyon 152 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

Azərbaycanda xarici ölkələrdən bu məhsulun idxalının artması ilə yanaşı, ölkədə istehsalı da artıb.

Belə ki, bu ilin ilk 4 ayında ölkədə 38.2 milyon manatlıq geyim istehsal olunub ki, bu da illik müqayisədə 19% artım deməkdr.

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər