Norveçin “Acona Holding” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, debitorlar və kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 (“Caspian Plaza”, III korpus) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Acona Holding” Azərbaycan bazarına 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyəti neft-qaz sektorunu əhatə edir.
Yerli ASC ləğv olunub
“Pirallahı Tikiş” ASC ləğv olunduğunu elan edib. Bu barədə Report Vergilər Nazirliyinə istinadən xəbər verir.
Kreditorlar mayın 10-na qədər tələblərini Bakı şəhəri, Pirallahı rayonu, Damba qəsəbəsi, ev 2 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Pirallahı Tikiş” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 241 442 manatdır.