1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan benzin istehsalını artırıb, dizel istehsalını azaldıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3294.1 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6 faiz azalıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Yanacaq mazutunun istehsalı 2.2 dəfə, neft bitumu istehsalı 2.2 faiz, avtomobil benzininin istehsalı 0.7 faiz artmış, dizel yanacağının istehsalı 18.9 faiz, neft koksunun istehsalı 24.7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29.2 faiz, sürtkü yağlarının istehsalı isə 33.1 faiz azalıb.

2022-ci ilin yanvar-oktyabr aylarında 1 037 min ton avtomobil benzini, 464.1 min ton ağ neft, 1 673.3 min ton dizel yanacağı istehsal edilib. 01.11.2022-ci il vəziyyətinə avtomobil benzini üzrə hazır məhsul ehtiyatı 40.7 min ton, dizel yanacağı üzrə isə 106.2 min ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər