Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri ötən ilin sonu ilə müqayisədə 19% artaraq cari il iyul ayının 1-nə 614.2 mln. manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Hesabat ilində BOKT-lar tərəfindən müştərilərə verilən kreditlərin həcmi illik müqayisədə 35% artaraq 497.2 mln. manata yüksəlib.
BOKT-ların öhdəlikləri 18% artaraq 201,4 mln. manata çatıb. Öhdəliklərin 140.2 mln. manatını cəlb edilmiş vəsaitlər(106.4 mln. manat bank kreditləri, 33.8 mln. manat digər maliyyə institutlarının kreditləri), 64.5 mln. manatını qiymətli kağızlar təşkil edib.