24 C
Baku
Friday, April 26, 2024

Azərbaycan BOKT-nun təsisçisi dəyişib

Bərdə rayonunda fəaliyyət göstərən “Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.

Banker.az bildirir ki, bu barədə Report-a maliyyə bazarındakı mənbə məlumat verib.

Köhnə və yeni təsisçilər açıqlanmasa da, hələlik yalnız o məlumdur ki, bundan sonra BOKT Bakıda fəaliyyət göstərəcək. İndiyə qədər ona rəhbərlik edən Elnur Allahverdiyev isə Türkiyə vətəndaşı Asim Yüzbaşıoğlu ilə əvəzlənib.

Təsisçisi dəyişdikdən sonra “Azəri Star Mikromaliyyə”nin nizamnamə kapitalı 300 min manat və yaxud 96,8% artırılaraq 310 min manatdan 610 min manata çatdırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər