Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 151,9 mln. manat gəlir əldə olunub. 2019-cu ilin 6 ayında isə avtomobil yanacağından 1 155,2 mln. manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 0,2% azdır.
Onu da qeyd edək ki, cari ilin yanvar-iyun ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 988,1 mln. manat gəlir əldə olunmuşdur.