9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan bu il qızılın hər kiloqramında $27 min əlavə valyuta əldə edir

Azərbaycan 2022-ci ildə xaricə, daha dəqiq İsveçrəyə satdığı qızılın həcmini azaldıb.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi statistik rəmələr bildirir.

2022-ci ilin birinci rübündə Azərbaycan xaricə 505 kiloqramlıq, yaxud 16 222 toroya unsiya qızıl ixrac edib. Bu qızılın ixracında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 768 kq, yaxud 60% azdır.

İlin birinci rübündə 505 kq-lıq qızılın ixracında görə ölkəyə 30.85 mln. dollar gəlir daxil olub.

Azərbaycan 2022-ci ilin birinci rübündə qızılı xaricə hər kiloqramını 61 146 dollara satıb. Banker.az-ın hesablamaları göstərir ki, ölkə hesabat müddətində qızılı orta hesabla unsiyasını 1 901 ABŞ dollarına satıb.

Keçən ilin eyni dövründə ixrac edilmiş qızılın bir kiloqramı 33 967 dollar, və ya bir unsiyası isə 1 056 dollar təşkil edib.

Bununla da qızılın bahalaşmasından Azərbaycan hər kiloqramında 2021-ci illə müqayisədə  27 179 dollar daha çox gəlir əldə etmiş olur.

Son xəbərlər
Digər xəbərlər