2021-ci ilin yanvarında Azərbaycana 6 536.77 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.
Dövlət Gömrük Komitəsindən Banker.az-a verilən məlumata görə, bu, 2019-cu illə müqayisədə 1 681.27 min dollar, yaxud 35% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0.83%-ni təşkil edib.
Bu ilin yanvarında Azərbaycandan 94.91 min dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən 686.48 min dollar və yaxud 89% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0.01 %-nə bərabər olub.