Bu ilin yanvar ayında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, 2021-ci ilin yanvarında ölkəyə dəyəri 2 227.47 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 77.64 min dollar və ya 4% çoxdur.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 74.89 min dollar təşkil edib ki, bu da illik ifadədə 21.11 min dollar və ya 39.3% çoxdur.