9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan bu ölkə ilə birgə neft şirkəti yarada bilər

Azərbaycan İranla birgə neft şirkəti yarada bilər.

Xarici KIV-lərə istinadən, İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə bildirib ki, bu məsələ İran prezidenti Həsən Ruhaninin martın 29-da Azərbaycana səfəri zamanı Azərbaycan Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumunda öz əksini tapıb.

İranlı nazir qeyd edib ki, hazırda bu məsələ üzərində işlənilir.

Sənəddə yeni yaradılacaq şirkətin Xəzər dənizində iki blokun işlənilməsini nəzərdə tutulub. Məlumata görə, yaxın zamanlarda razılaşma qüvvəyə minəcək.

Azərbaycanın Energetika Nazirliyindən isə “APA-Economics”ə bildiriblər ki, hazırda memorandumun icrası istiqamətində məsləhətləşmələr aparılır.

Son xəbərlər
Digər xəbərlər