Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 4 milyon 827 min ABŞ dolları dəyərində 637 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 12.6%, həcmi isə 21.1% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0.04%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.36%-ə bərabər olub.
Bununla yanaşı, Azərbaycana ümumi dəyəri 36 milyon 947 min dollar dəyərində 8 min 732 ton çay idxal olunub. İllik müqayisədə çay idxalının dəyəri 8.4%, həcmi isə 3.9% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0.59% təşkil edib.