10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Dəmir Yolları” sakinlərin şikayətlərinə münasibət bildirib

“Paytaxtın Nərimanov rayonunda Məmməd Arif küçəsindəki sözügedən ərazidə yaşayanların “Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığı müraciətlərə baxılıb, sakinlərin bununla əlaqədar şikayətləri cavablandırılıb”.

Bunu QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

O deyib ki, həmin tikililər Bakı Sərnişin Keşlə Baş stansiyası və Bakı Sərnişin Sabunçu istiqamətlərinə gedən qatarların keçdiyi dəmir yollarının mühafizə zolağında yerləşir:

“Ərazidəki evlər uzun illər əvvəl sənədsiz tikilib. Əvvəllər də həmin əraziyə nəqliyyat vasitələrinin daxil olması üçün yol olmayıb. Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu müasir standartalara uyğun qurulub, həmin ərazidə sürət qatarları istismara verilib. Bu səbəbdən həm orada yaşayan insanların təhlükəsizliyini, həm də qatarların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə dəmir yollarının hər iki tərəfinin mühafizə zolağında çəpərləmə işləri aparılıb.

Qatarların sürətinin hazırda 120 saat/km olduğunu, gələcəkdə bu sürətin 140 saat/km-ə qaldırılmasının hədəfləndiyini nəzərə alaraq sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün hallarda həmin ərazinin çəpərlənməsi zəruridir”.

QSC sözçüsü vurğulayıb ki, sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün müasir tipli 4 yerüstü piyada keçidi də tiklilərək istifadəyə verilib: “Sakinlərin mövcud probleminin həlli istiqamətində digər nə kimi addımların atılmasının mümkünlüyü araşdırılır”.

©Report

Son xəbərlər
Digər xəbərlər