1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Dəmir Yolları sədrinin bu layihədəki vəzifəsi nazirə həvalə edilir

Azərbaycan Respublikası Prezidenti “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. “Komissiyanın sədri” hissəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin;

1.2. “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.3. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin.

2. 2-ci hissədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. 3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2021-ci il

Son xəbərlər
Digər xəbərlər