Azərbaycan alimləri “Hidroqaz” adlı dəniz suyundan yanacağın alınması texnologiyasını təkminləşdirib.
Bu barədə Trend-ə layihənin təşəbbüskarlarından biri Mürvət Qəribov deyib.
Onun sözlərinə görə, əldə edilən praktiki nəticələr yeni texnologiyanın səmərələliyini və məhsuldarlığını sübuta yetirməyə imkan yaradıb. Qəribov əlavə edib ki, təhqiqatların erkən mərhələlərində buna nail olmaqda çətinliklər yaşanıb.
“Texnologiyanın təkamülü ondan ibarətdir ki, dəniz suyunun emalı prosesində alınan yanacaq artıq əsas məhsul deyil. Başlıca məhsul dəniz suyunun emalı nəticəsində əldə edilən yuyucu vasitədir. Bu cür yuyucu vasitənin əsas xüsusiyyəti ondan ibarətdir ki, pərəkəndə şəbəkədə təqdim olunan məhsullardan fərqli olaraq onun tərkibində insan orqanizmi və ətraf mühit üçün təhlükə yaradan kimyavi elementlər yoxdur. Yəni, biz onun təhlükəsiz və texnoloji cəhətdən təmiz formasını əldə etməyə müvəffəq olmuşuq”, – deyə Qəribov bildirib.
Onun sözlərinə görə, texnologiyanın Türkiyənin rabitə bazarına ixrac olunması planlaşdırılır. Alim əlavə edib ki, bununla əlaqədar Türkiyənin energetika nazirliyinə rəsmi müraciət ünvanlandırılıb.
“Biz daim bu texnologiyanın təkminləşdirilməsi üzərində çalışırıq. Məsələn, hal-hazırda tərəfimizdən reaktorun təkminləşdirilmiş versiyası hazırlanır və onun yekun prototipinə çox yaxınlaşmışıq . Bu gün reaktor bir saat ərzində bir kub metr qazın alınması məqsədi ilə 100 litr suyu emal etməyə qadirdir. Yəni, bir saat ərzində biz 100 litrə yazın hazır yuyucu vasitə əldə edə bilərik”, – deyə o bildirib.
İlk dəfə texnologiya 2014-cü ildə Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisində nümayiş etdirilib. Texnologiya patentləşdirilib, və Qəribovun qeyd etdiyi kimi, yanacağın alınmasının ekoloji cəhətdən təmiz bir üsuludur. O həmçinin vurğulayıb ki, bu üsul ətraf mühitin qorunmasında və qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynamaq üçün nəzərdə tutulub.