2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan daha 250 milyon dollarlıq kredit götürür

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında 2018-ci il iyunun 8-də imzalanan “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üzrə 250 milyon dollar məbləğində kreditin ayrılması haqqında saziş qüvvəyə minib.

Bankın rəsmi internet ünvanına istinadən, Azərbaycan kredit vəsaiti əldə etmək üçün Asiya İnkişaf Bankına müraciət etmək hüququ əldə edib.

Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər