14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycan Dillər Universitetinin Nizamnamə fondu 13 milyon manat müəyyənləşdirilib

Nazirlər Kabineti “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ni təsdiq edib.

Report agentliyi xəbər verir ki, sənədə əsasən, universitetin nizamnamə fondu 13.091.362 manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.

Son xəbərlər
Digər xəbərlər