10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan dövlət başçısı: “Fransa Prezidenti də bəyanat verib, mən ona bunun səhv, yanlış olduğunu dedim”

“Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb”.

Bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham etməsi ilə bağlı suala cavab olaraq deyib.

Müxbirin “Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu deyirlər” replikasına cavab olaraq dövlət başçısı “Qoy göstərsinlər. Haradadır dəlil?” – deyə bildirib.

Son xəbərlər
Digər xəbərlər