Azərbaycan Dövlət Pedaqoji Universiteti yenidən təşkil olunub və Nizamnaməsi təsdiq edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib.