Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasın daxil edilib

Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.

Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən, “biznesə başlamaq” nominasiyasında bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan “kredit almaq” nominasiyasında müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, “tikintiyə icazə almaq” nominasiyasında da 61-ci yerdən 59-cu yerədək irəliləyib.

Bununla yanaşı, Azərbaycan “müqavilələrin icrasına təminat” nominasiyasında 28-ci yerdə, “vergitutma” nominasiyasında 40-cı yerdə, “mülkiyyətin qeydiyyatı” nominasiyasında 44-cü yerdə, “müflisləşmə prosedurunun sadəliyi” nominasiyasında 47-ci yerdə, “elektrik şəbəkəyə qoşulma” nominasiyasında 80-ci yerdə, “beynəlxalq ticarət” nominasiyasında 83-cü yerdə, “kiçik sərmayədarların qorunması” nominasiyasında 105-ci yerdə qərarlaşıb.

Bütövlükdə isə Azərbaycanın 190 ölkə arasında 34-cü yer tutduğu “Doing Business 2020” reytinqində ilk iki yerdə ötən il olduğu kimi Yeni Zelandiya və Sinqapur qərarlaşıb. Üçüncü yerdə 3 il dalbadal davam gətirən Honkonqu bu dəfə Danimarka əvəzləyərək 4-cü pilləyə salıb. İlk 10-luqda həmçinin Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç, İsveç yer alıb.

Bütövlükdə 115 ölkədə özəl sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə 294 islahatın həyata keçirildiyi göstərilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər