26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycan fevralda Almaniyadan təxminən 13 milyon avro dəyərində nəqliyyat vasitələri idxal edib

Almaniya 2023-cü ilin fevral ayında Azərbaycana mal idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə – 46.658 milyon avroya qədər artırıb. Bu barədə Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) materiallarında bildirilir.

Statistik məlumatlara görə, Almaniya Azərbaycana 12.736 milyon avro dəyərində (artım 2.3 dəfə) yerüstü nəqliyyat vasitələri, 7.21 milyon avro dəyərində (artım 1.5 dəfə) avadanlıq və mexaniki cihazlar, 5.085 milyon avro dəyərində (artım 1.9 dəfə) əczaçılıq məhsulları, 3.083 milyon avro dəyərində (artım 33.8%) optik, fotoqrafik aparat və alətlər, 2.604 milyon avro dəyərində (artım 3.1 dəfə) efir yağları, ətriyyat və kosmetik vasitələr ixrac edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər