-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” konvensiyadakı dəyişikliklə bağlı Protokola qoşulub

Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.

Son xəbərlər
Digər xəbərlər