7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını artırıb

Azərbaycan hökuməti builki real iqtisadi artım proqnozunu 2.4%-dən 3.8%-ə qaldırıb.

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4% və 4,6% səviyyəsində götürülüb.

2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.

Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8% olmaqla nominal ifadədə 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı gözlənilir.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60 ABŞ dolları səviyyəsində qəbul edilib xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75 ABŞ dolları səviyyəsinə artırılıb. Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidəedilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinədair proqnoz 4,6%-dən 5,5%-ə qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər