2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iki ölkəyə elektrik enerjisinin tədarükü üzrə müsabiqəyə qatıla bilər

Çevik ixrac rüsumu Rusiyanın “İnter RAO” enerji şirkətinin Gürcüstan və Türkiyəyə mümkün elektrik enerjisi tədarükü çərçivəsində rəqabət qabiliyyətini çətinləşdirə bilər.

Bu barədə şirkətin direktorlar şurasının üzvü Aleksandra Panina bildirib.

Onun sözlərinə görə, qeyd olunan ölkələrə tədarük üçün şirkətin iştirak etmək niyyətində olduğu müsabiqə yaxın vaxtlarda keçirilməlidir.

Aleksandra Panina onu da qeyd edib ki, müsabiqədə Azərbaycan tərəfinin də iştirakı gözlənilir və müvafiq olaraq Rusiyada tətbiq edilən 7%-lik rüsum (elektrik enerjisinin ixracına tətbiq olunan rüsumun həcmi – red.) “İnter RAO”nun təklif edəcəyi qiymətə təsir göstərə bilər.

Daha əvvəl bildirilmişdi ki, “İnter RAO” Çin və Monqolustanla elektrik enerjisinin tədarükü qiymətlərini rüsum məbləğində artırmaq barədə razılığa gəlib.

Qeyd edək ki, Rusiya hökuməti daxili bazarı qorumaq üçün bəzi mallara çevik ixrac rüsumları tətbiq edib. Rüsumlar ötən ilin oktyabrın 1-dən qüvvəyə minib və rublun məzənnəsinə bağlıdır. Rüsumlar elektrik enerjisini də əhatə edir və 2024-cü ilin sonuna qədər qüvvədə olacaq. Müxtəlif məhsullar üçün rüsumlar 0%-dən 10%-ə qədər dəyişir. Milli valyutanın məzənnəsindən asılı olaraq rüsum əsasən 4% -dən 7% -ə qədər səviyyəsində olacaq. Məzənnənin bir dollar üçün 80 rubl və ondan aşağı olduğu təqdirdə rüsum 0% təşkil edəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər