17 C
Baku
Monday, April 29, 2024

Azərbaycan İKT məhsullarının ixracı üzrə haba çevrilməyi planlaşdırır

Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə haba çevrilməsi üçün işlər aparır.

Bunu Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”nin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“İKT məhsullarının ixracı üzrə habla yanaşı, “outsorsing hub”, innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən, biznes habına əhalisi çox olan bir çox ölkələr habına çevrilir. Amma Azərbaycanda əhalisinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən bizə innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas kompanenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Bu ilin sonuna qədər ölkədə 100 % yüksəksürətli internət təchizatını təmin edəcəyik. Həmçinin ali təhsil müəssisələri, investorlar və mələk investorlarla onların sayının artırııması üçün danışıqlar aparırıq. Biz beynəlxalq şirkətlərə müraciət etmişik. Onların əsas tələbləri avtomobil yollarında təhlükəsizlikdir və bunun üçün çalışırıq”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər