17 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Dövlət Neft Şirkəti (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin birgə müəssisəsi – “SOCAR-STP” MMC ölkədə ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb.

Bu gün bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.

Mərasimdə kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında hazırlanıb və onun platformalarında istifadə ediləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər