7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan İnvestisiya Şirkəti 12 mln. ₼-a yaxın xalis mənfəət əldə edib

Azərbaycan İnvestisiya Şirkətinin 2021-ci il üzrə investisiya portfeli 12% artıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin müşahidə şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb

Nazir bildirib ki, son iki il ərzində şirkətin əldə etdiyi xalis mənfəət 11.8 mln. ₼ təşkil edib.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər