23 C
Baku
Tuesday, May 21, 2024

“Azərbaycan İnvestisiya Şirkəti” quru meyvələrin istehsalına 4 mln. ₼ investisiya qoyub

Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma” MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. ₼ investisiya qoyulması barədə müqavilə imzalanıb.

Banker.az xəbər verir ki, bu barədə AİŞ-in Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər